BaşlıcaSiyasət

Erdoğanın sözçüsü:   “Ermənistanla münasibətlərin tənzimlənməsi müsbət istiqamətdə davam edir”

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın sözçüsü İbrahim Kalın Ermənistan-Türkiyə münasibətlərinin hazırkı normallaşması prosesinə toxunub.

O, münasibətlərin normallaşması mərhələlərində Ermənistanla hər hansı problemin olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Xüsusi nümayəndələrimiz müntəzəm olaraq bu məsələləri müzakirə edirdilər.

Müsbət proses gedir. Pasportlar, icazələr və s. yaxın gələcəkdə həyata keçirilməsi lazım olan mümkün addımlardır. Ötən ilin avqustunda müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi hər şey yaxşı gedir.

 Qərar vermə prosesi başlayıb, bu çox vacibdir. 30 ildir qurulmayan əlaqələr qurulub, bu çox vacibdir. Ölkəmizin prezidenti ilə Ermənistanın Baş naziri görüşüblər. İndi ilk dəfədir ki, bu səviyyədə bir şey baş verib”.

Daha çox göstər
Back to top button