BaşlıcaMədəniyyət

Erməni rejissorlarının “Avrora şəfəqi” və “Zulali” filmləri beynəlxalq mükafatlara layiq görülüb

Rejissor İnna Saakyanın çəkdiyi “Avrora şəfəqi” və Hayk Ordyanın çəkdiyi “Zulali” filmləri beynəlxalq mükafatlara layiq görülüb.

“Armenpress”in məlumatına görə, bu barədə ER Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb

 “Avroranın şəfəqi” sənədli-cizgi filmi Tallinn Black Nights beynəlxalq kinofestivalının “Baltic” müsabiqə proqramında mükafata layiq görülüb.

Ermənistan Respublikası Təhsil və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çəkilmiş “Avroranın şəfəqi” animasiya-sənədli filmi Ermənistan-Almaniya-Litva birgə istehsalıdır. Film “Zoryan” İnstitutunun elmi dəstəyi ilə və Erməni Soyqırımının şifahi tarix arxivi əsasında yaradılıb.

Hayk Ordyanın “Zulali” bədii filmi Moskvada əlilliyi olan insanların həyatına həsr olunmuş “Maneələrsiz kino” XI Beynəlxalq Film Festivalında iştirak edib və “Uşaqlar haqqında ən yaxşı film” nominasiyasında qalib olub.

Daha çox göstər
Back to top button