Ermənistan Gürcüstandan avtomobil ixracına görə üçüncü yeri tutur

2022-ci ilin 10 ayında Gürcüstandan 661 milyon dollarlıq (64 min ədəd) avtomobil ixrac edilib, Business Press News xəbər verir.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 faiz çoxdur. 2021-ci ilin 10 ayında xaricə 373 milyon dollarlıq (51 min ədəd) avtomobil satılıb.
2022-ci ildə ən çox avtomobil aşağıdakı ölkələrə ixrac edilib:
Azərbaycan: 245,1 milyon dollar dəyərində 25 min 096 avtomobil.
Ukrayna: 117,4 milyon dollar dəyərində 12 min 446 avtomobil.
Ermənistan: 84,2 milyon dollar dəyərində 8293 avtomobil.
Rusiya: 55,3 milyon dollar dəyərində 3841 avtomobil.
Qazaxıstan: 54,9 milyon dollar dəyərində 5417 avtomobil.
Qırğızıstan: 38,6 milyon dollar dəyərində 5742 avtomobil.
Belçika: 22,8 milyon dollar dəyərində 472 avtomobil.
Tacikistan: 10,3 milyon dollar dəyərində 1789 avtomobil.
Birləşmiş Ərəb Əmirlikləri: 9,6 milyon dollar dəyərində 131 avtomobil.
Belarus: 5,3 milyon dollar dəyərində 156 avtomobil.