BaşlıcaSiyasət

Filip Riker Bakıdan sonra Tbilisi və Yerevana səfər edəcək

ABŞ-ın Bakıdakı səfirliyi Azərbayana səfərini başa vuran ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi səfiri Filipp Rikerin videomüraciətini yayıb.

“Dövlət katibi Toni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır. O, coğrafiyanın vacib olduğunu anlayaraq məndən bölgəyə səfər etməyi xahiş etdi”.

“Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olmuşdur. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər.

Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm. Dövlət katibi Blinken qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır.

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır”, deyə Riker qeyd edib.

O, Bakıdan Tbilisiyə yola düşüb, oradan isə Yerevana gedəcək. Bakıda o, Azərbaycan prezidenti və XİN başçısı ilə danışıqlar aparıb.

Daha çox göstər
Back to top button