Başlıcaİctimaiyyət

İçməli suyun yeni qiyməti təsdiq edilib

Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası  “Veolia Cur” şirkətinin içməli suyun qiymətinin dəyişdirilməsi ilə bağlı təklifini təsdiq edib. Bundan sonra 2023-cü ildən 1 m³ suyun qiyməti 200 dram (0,51 dollar) əvəzinə 208,41 dram (0,53 dollar), sosial cəhətdən imkansız insanlar üçün 180 dram olacaq.

“Radar.am” saytı bildirir ki, ərazi idarəetmə və infrastruktur nazirliyi hökumətin subsidiyalarla bütün istehlakçı qrupları üçün qiymət artımını neytrallaşdıracağını açıqlayıb. Yəni 2023-cü ildə abonentlər üçün içməli suyun qiyməti artmayacaq.

Daha çox göstər
Back to top button