BaşlıcaSiyasət

Filip Riker Yerevana səfər edib

ABŞ-in Ermənistandakı səfirliyi ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin Yerevan səfərini alqışlayır.

“Səfir Riker dekabrın 1-4-də hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək və davamlı sülhün əldə olunmasına yönəlmiş birbaşa Ermənistan-Azərbaycan danışıqlarına Birləşmiş Ştatların dəstəyini müzakirə edəcək”, – deyə ABŞ-in Ermənistandakı səfirliyinin rəsmi Facebook səhifəsində bildirilir.

Daha çox göstər
Back to top button