BaşlıcaSiyasət

Ararat Mirzoyan çexiyalı həmkarına Artsax problemi ilə bağlı son hadisələri təqdim edib

Noyabrın 30-da Lodzda keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın Xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Görüş zamanı həmsöhbətlər ikitərəfli və çoxtərəfli platformalarda Ermənistan-Çexiya əməkdaşlığının inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər iki ölkənin Xarici işlər nazirlikləri arasında mütəmadi olaraq aparılan məsləhətləşmələrdən məmnunluq ifadə edərək, siyasi dialoqun aktivləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıblar.

Nazir Mirzoyan çexiyalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində baş verən son hadisələri, Dağlıq Qarabağ məsələsini ətraflı şəkildə təqdim edib.

Ermənistanın Xarici işlər naziri Azərbaycanın 13-14 sentyabr tarixlərində Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzünün nəticələrinə toxunaraq, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən qeyd-şərtsiz çıxarılmasının imperativ olduğunu vurğulayıb.

Azərbaycan tərəfindən güc tətbiqinin və ya güc tətbiq etmə hədəsinin qəbuledilməzliyi və qeyri-konstruktiv yanaşmalar vurğulanıb.

Ararat Mirzoyan və Yan Lipavski AB-nin Ermənistandakı müşahidə missiyası barədə də fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan sabitliyin təmin edilməsi kontekstində AB missiyasının rolunu olduqca yüksək qiymətləndirib.

Daha çox göstər
Back to top button