Başlıcaİctimaiyyət

Ermənistanda rusların müvəqqəti qeydiyyata düşənlərin sayı 4 dəfə artıb

Ermənistan polisinin mətbuat xidməti RBC-nin sorğusuna cavab olaraq sentyabrın 21-dən noyabrın 11-dək Ermənistanda yaşayış yeri üzrə 2820 rusiyalı qeydiyyatda olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı da artıb: bir ay yarım ərzində 708 rusiyalı yaşayış icazəsi üçün müraciət edib.

Əvvəlki ilin eyni dövründə müraciət edənlərin sayı 2,5 dəfə az, 277 nəfər olub. Bu dövrdə 273 nəfər, ötən il isə 257 nəfər yaşamaq icazəsi alıb.

 Rusiya vətəndaşlarının Ermənistanda ildə 180 gündən çox olmamaq hüququ var. Rusiya vətəndaşı ölkədə 30 gündən çox qalmağı planlaşdırırsa, o, yaşayış yerində qeydiyyatdan keçməlidir.

Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilmişdi və bundan sonra rusların axını xeyli artmışdı. Putinin fərmanının dərcindən sonra Gürcüstan, Qazaxıstan və Finlandiya ilə sərhədlərdə böyük növbələr yaranıb.

Mətn factor.am-ə məxsusduur.

Daha çox göstər
Back to top button