BaşlıcaSiyasət

IDRW:  “Ermənistan SQ Hindistan istehsalı olan “Konkurs-M” tank əleyhinə idarə olunan raketlərlə təchiz edilib”

Ermənistan Silahlı qüvvələri Hindistan istehsalı olan tank əleyhinə raketlərlə təchiz olunub. Bu barədə Hindistanın ixtisaslaşmış IDRW portalı məlumat yayıb.

 KİV yazır ki, Ermənistan keçmiş Sovet İttifaqının əksər respublikaları kimi çoxlu sayda Sovet dövründən qalma silahlardan, o cümlədən tank əleyhinə raketlərdən istifadə edir.

Bu yaxınlarda onların bəziləri Hindistandan alınıb. Söhbət “Bharat dynamics” məhdud şirkətinin Rusiya patenti əsasında istehsal olunan “Konkurs-M” tank əleyhinə idarə olunan raketlərindən gedir.

Konkurs-M ağır zirehli texnikaları, istehkamları və aşağı sürətlə uçan hərbi helikopterləri vurmaq üçün istifadə oluna bilən ikinci nəsil tank əleyhinə raketdir.

 İndiyədək Hindistan Silahlı qüvvələrinə bu tipli 15 minə yaxın raket verilib. Onu da əlavə edək ki, son vaxtlar Hindistan mətbuatında Ermənistanın müxtəlif növ silahlar alması ilə bağlı mütəmadi məlumatlar yayılır.

Bundan əvvəl Hindistan KİV-i Ermənistanın Hindistanla 250 milyon dollar dəyərində silah və sursat alqı-satqısı müqaviləsi imzaladığını yazıb.

Qeyd edək ki, mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button