BaşlıcaSiyasət

“Yaşasın Fransa”: Alen Simonyan Fransa Milli Assambleyasına təşəkkür edib

ER parlamentinin sədri Alen Simonyan tviter mikrobloqunda Fransa Milli Assambleyasına Ermənistana qarşı Azərbaycan təcavüzünün dayandırılmasını tələb edən qətnamənin qəbuluna görə təşəkkürünü bildirib.

“Biz Fransa rəhbərliyini Azərbaycanın siyasətinə və aqressiv davranışına qarşı tutduğu mövqeyə görə alqışlayırıq və müvafiq qətnaməni yekdilliklə qəbul etdiyinə görə Fransa Respublikasının Milli Assambleyasına təşəkkür edirik. Yaşasın Fransa!”,-deyə Simonyan yazıb.

Daha çox göstər
Back to top button