ArtsaxBaşlıcaSiyasət

Alma-Ata Bəyannaməsi imzalananda Artsax Azərbaycanın tərkibində deyildi: David Babayan

Alma-Ata Bəyannaməsi imzalananda Artsax Azərbaycanın tərkibində deyildi. Artsax Respublikasının xarici işlər naziri Davit Babayan bunu News.am-a müsahibəsində deyib.

Qeyd edək ki, Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirib: “Alma-Ata Bəyannaməsində qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub”.

Davit Babayan bildirib ki, “Azərbaycan-Qarabağ münaqişəsindən danışanda, Alma-Ata Bəyannaməsini xatırlayanda çoxları nədənsə orada Azərbaycanın ərazi bütövlüyünün Azərbaycan SSR-in hüdudları daxilində tanındığını düşünür. Lakin belə deyil.

Bəyannamədə deyilir: “Bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək”. Bəyannamə imzalananda – 1991-ci ilin dekabrın 21-də Artsax Azərbaycanın tərkibində deyildi. 1991-ci il sentyabrın 2-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, Şahumyan rayonu və Getaşen alt rayonunun birləşdirilməsi yolu ilə Artsax Respublikası – Dağlıq Qarabağ Respublikası elan edildi.

1991-ci il dekabrın 10-da beynəlxalq hüquq normalarına və sovet qanunvericiliyinə uyğun olaraq referendum keçirildi və bu referendumda DQR vətəndaşlarının böyük əksəriyyəti Dağlıq Qarabağ Respublikasının müstəqilliyinə tərəfdar olduqlarını bildirdilər.

Yeri gəlmişkən, həmin prosesdə o dövrdə Respublikada yaşayan azərbaycanlılar da iştirak edirdilər. Onlara seçki bülletenləri paylanıb, bülletenlər erməni, rus və Azərbaycan dillərində olub. Düzdür, səs vermədilər, amma bu, nəticəni dəyişmədi. Səsvermədə iştirak etməmək vətəndaşların hüququdur.

Ona görə də Alma-Ata Bəyannaməsindən danışarkən tam mənzərəni təqdim etmək lazımdır. O an Artsax Azərbaycanın tərkibində deyildi. 1988-ci ildən Artsax de-fakto, 1991-ci ildən isə artıq de-yure Azərbaycanın nəzarətindən çıxdı”.

Artsax XİN başçısı həmçinin xatırlatdı ki, Azərbaycan Alma-Ata Bəyannaməsinə gec qoşuldu. 1993-cü ildə Azərbaycanın bəyannaməyə qoşulduğu vaxt müharibə gedirdi. Həmin vaxt başqa sərhədlər vardı. Əgər 1993-cü ildə de-fakto Azərbaycan bir sıra digər bölgələrə də nəzarət etmirdi.

Daha çox göstər
Back to top button