BaşlıcaSiyasət

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Dekabrın 1-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Ermənistana dəstək ifadə edən və Azərbaycana qarşı sanksiyalara çağıran qətnamənin qəbul edilməsi ilə bağlı ona qəti etiraz bildirilib.

Görüşdə Milli Assambleyada qəbul edilmiş bu qətnamənin Fransanın “Azərbaycana qarşı növbəti təxribatı” olduğu qeyd edilib.

Fransanın müvəqqəti işlər vəkili Fransa hökumətinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.

Daha çox göstər
Back to top button