BaşlıcaSiyasət

Mirzoyan İsveçrə Xarici işlər departamentinin dövlət katibi ilə beynəlxalq gündəlikdəki məsələləri müzakirə edib

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Polşanın Lodz şəhərində İsveçrənin Xarici işlər üzrə Federal departamentinin dövlət katibi Livia Loy ilə görüşüb. Bu barədə ER XİN-dən məlumatlandırıılıb.

Görüş zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə edib, beynəlxalq platformalarda yaradılmış səmərəli qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıblar.

Regional və beynəlxalq gündəlikdəki məsələlər də həmsöhbətlərin diqqəti mərkəzində olub.

Ararat Mirzoyan həmkarına regionda sabit sülh və təhlükəsizliyin bərqərar olunması ilə bağlı erməni tərəfinin yanaşmalarını təqdim edib, Azərbaycanın davamlı təxribat əməllərinin və Ermənistanın suveren ərazilərinə təcavüzünün qəbuledilməzliyini vurğulayıb.

Erməni tərəfi Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmasının və humanitar məsələlərin həllinin vacibliyini vurğulayıb.

Hər iki tərəf atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyini vurğulayıb

Daha çox göstər
Back to top button