Avropa Parlamentinin deputatı Lars Patrik Berq əmindir ki, Azərbaycan hakimiyyəti beynəlxalq normaları yalnız məcbur ediləcəyi təqdirdə qəbul edəcək. Bu baxımdan o, Aİ-nin Azərbaycanla qaz müqaviləsindən imtina etməsini ilkin addım hesab edir.
Deputat “Armenpress”lə söhbətində Azərbaycanın növbəti təxribatına, Artsaxı Ermənistanla birləşdirən yeganə avtomobil yolunun bağlanması hadisəsinə toxunaraq bildirib.
“Bu davamlı təxribatlara dərhal son qoyulmalıdır. Mən Avropa institutlarını və beynəlxalq ictimaiyyəti davam edən sülh və barışıq səylərinə zərər vuran bu son insidentlə bağlı dərin narahatlığını ifadə etməyə çağırıram”, – deyə Avropa Parlamentinin deputatı bildirib.
Deputat vurğulayıb ki, indi gərginliyi azaltmaq vaxtıdır. Onun sözlərinə görə, onlar qəbul etməlidirlər ki, Azərbaycan hakimiyyəti beynəlxalq normaları yalnız məcbur olduqları halda qəbul edəcək. “Bəlkə də bizim ilk addımımız qaz razılaşmasından imtina etməkdir”, – Lars Patrik Berq vurğulayıb.