BaşlıcaSiyasət

Azərbaycan XİN başçısının Rusiyaya işgüzar səfəri başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.

C.Bayramov ilk öncə Aleksandr Bağında “Naməlum əsgər”in məzarı önünə əklil qoyub.

Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək.

Daha çox göstər
Back to top button