BaşlıcaSiyasət

Azərbaycan Ermənistana sülh müqaviləsi layihəsini təqdim edib və danışıqların üçüncü mərhələsini gözləyir: Bayramov

Azərbaycan sülh müqaviləsi layihəsini hazırlayıb və Ermənistana təqdim edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O, həmçinin 2022-ci ilin sonuna qədər Ermənistanla danışıqların üçüncü raundunun keçirilməsini mümkün hesab edib.

“Novosti-Armeniya” agentliyi şərh almaq üçün Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib.

Yerevan və Bakının təklifləri və sülh danışıqları barədə

Bu ilin yazında vasitəçilər iki ölkə arasında münasibətlərin qurulmasının beş əsas prinsipi ilə bağlı Azərbaycanın təkliflərini Ermənistana təqdim ediblər. Buna cavab olaraq Ermənistan tərəfi Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı 6 bəndini təqdim edib.

Bəndlərdən biri odur ki, “erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi” məsələləri əsasdır.

Erməni tərəfinin yanaşması ondan ibarətdir ki, Qarabağ münaqişəsinin uzunmüddətli həllini tapmaq üçün bu iki paket (5+6) birləşdirilməli və sülh müqaviləsi üzrə danışıqlara başlamalıdır.

Daha çox göstər
Back to top button