BaşlıcaİctimaiyyətSiyasət

Bayramovun ermənilərə qarşı ayrı-seçkilik etməyəcəyinə dair vədləri əslində Azərbaycan hakimiyyətinin anti-erməni siyasətini əks etdirir

“Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib”.

İlk baxışdan sülhsevər xarakter daşıyan bu bəyanat əslində Azərbaycan hakimiyyətinin anti-erməni siyasətini əks etdirir, çünki Avropa Şurasının üzvü olan dövlətin qanunvericiliyi hamının qanun qarşısında bərabərliyini nəzərdə tutur və “Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat vermək” haqqında bəyanatlar qəribədir. Azərbaycan hakimiyyətinin bərabər hüquqlardan ən böyük xeyir kimi danışması real münasibətdən xəbər verir.

Daha çox göstər
Back to top button