ArtsaxBaşlıcaSiyasət

Bizim çox ciddi təhlükələrimiz və çağırışlarımız var, amma əminəm ki, biz onların öhdəsindən gələcəyik: Artsax dövlət naziri 

Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan Askeran rayonunda müşavirə keçirib. 

Askeran rayonunun icra hakimiyyət başçısı Hamlet Apresyan təhlükəsizlik məsələsini prioritet hesab etdi. 

Ruben Vardanyan qeyd edib ki, yalnız nizam-intizamlı və mütəşəkkil iş ilə yeni çağırışların öhdəsindən gəlmək  olar.

“Sülhün bərqərar olması yalnız gücümüzdə və birliyimizdədir. Heç bir müqavilə bu məsələni həll edə bilməz, çünki bizim burada yaşamamızı istəməyən qonşu dövlətimiz var.

Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz diplomatik, hərbi, siyasi, informasiya, bütün istuqamətlərdə istmübarizəmizi davam etdirməliyik”,- Vardanyan qeyd etdi. 

Goris-Stepanakert yolunun bağlanması hadisəsinə toxunan nazir qeyd etdi ki, belə təxribatlara hazır olmalıyıq. 

“Vəziyyət belədir. Biz buna qarşı hər vasitə ilə mübarizə aparmalıyıq. Bizim çox ciddi təhlükələrimiz və çağırışlarımız var, amma əminəm ki, biz onların öhdəsindən gələcəyik. Torpağımızda yaşamaq haqqı, övladlarımızın gələcəyi uğrunda mübarizəmiz davam edir. Bu isə bütün ermənilərin mübarizəsidir”,- deyə dövlət naziri vurğuladı. 

Daha çox göstər
Back to top button