BaşlıcaSiyasət

Ermənistana yardım göstərilməsinə dair qərar imzalanmalıdır: Stanislav Zas

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi tədbirləri haqqında qərar layihəsi imzalanmalıdır. Bu məhz respublika üçün vacibdir. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının Moskvada keçirilən birgə iclasında KTMT-nin Baş katibi Stanislav Zas bildirib.

“Dövlət başçılarının tapşırığına əsasən, KTMT-nin Baş katibi və Operativ Qərargah rəisinin rəhbərliyi ilə Ermənistana monitorinq missiyası göndərilib. Həmin işin nəticəsi əsasında Kollektivin qərar layihəsi hazırlanıb. Noyabrın 23-də Təhlükəsizlik Şurasının sessiyasında müzakirə edilən Ermənistan Respublikasına yardımın göstərilməsini nəzərdə tutan birgə tədbirlər hazırlanıb. KTMT dövlətlərinin müxtəlif mövqeləri səbəbindən bu qərarı qəbul olunmayıb. Ümid edirəm ki, bəzi düzəlişlərdən sonra biz bu qərarın imzalanmasına və müvafiq tədbirlərin görülməsinə nail olacağıq. Əminəm ki, bu, o cümlədən Ermənistan üçün lazımdır” – deyə, Zas vurğulayıb.

Daha çox göstər
Back to top button