BaşlıcaMədəniyyət

Roza Linn-in SNAP mahnısı Spotify-da ən çox yayımlanan Eurovision mahnıları arasında 2-ci yerdədir

“Eurovision 2022” beynəlxalq mahnı müsabiqəsində Ermənistan təmsilçisi Roza Linnin “Snap” mahnısı Spotify-da “Eurovision” tarixində ən çox yayımlanan 2-ci mahnı olub. Bu barədə “Eurovision” mahnı müsabiqəsinin Instagram səhifəsində deyilir.

“Snap” “Zitti e buoni” mahnısını geridə qoyaraq “Arcade”dən sonra Spotify-da bütün zamanların ən çox yayımlanan 2-ci Eurovision mahnısı oldu.

“Ermənistan təmsilçisi Roza Linn yeni rekorda imza atıb. Onun “Snap” mahnısı indi Spotify-da ən çox dinlənilən ikinci Eurovision mahnısıdır”, – postda deyilir.

Roza Ermənistanı “Eurovision 2022” mahnı müsabiqəsində təmsil edib. O, dekabrın 11-də Yerevanda keçiriləcək “Junior Eurovision 2022”-nin xüsusi qonağı olacaq və “Snap” mahnısını ifa edəcək.

Mahnı hazırda dünya üzrə hit-paradlardadır. “Snap” mahnısı bir sıra Avropa ölkələrində, o cümlədən İtaliyada platin sertifikatına malikdir.

Roza Linn 2022-ci ilin avqustunda “Columbia Records” ilə səsyazma müqaviləsi imzaladı.

Daha çox göstər
Back to top button