Başlıcaİctimaiyyət

Spitak zəlzələsindən 34 il ötür

Bu gün Spitak zəlzələsinin qurbanlarının anım günüdür. 34 il əvvəl bu gündə baş vermiş zəlzələ nəticəsində 25 min insan həlak oldu, yarım milyondan çox insan evsiz qaldı.

Zəlzələ nəticəsində Ermənistanın sənaye potensialının təxminən 40%-i sıradan çıxıb. Spitak şəhəri və 58 kənd, Gyumri şəhəri qismən, Stepanavan, Vanadzor şəhərləri və 300-dən çox yaşayış məntəqəsi tamamilə dağıdılıb.

Zəlzələnin ilk saatlarından diaspor erməniləri birləşərək soydaşlarına çoxşaxəli köməklik göstərdilər. Onlar “SOS Armenia”, “Aznavur to Armenia” və başqa təşkilatları yaradıblar. Çoxlu diaspor erməniləri özləri Ermənistana gələrək yemək, paltar, dərman gətiriblər. Dünyanın bir çox ölkələri Ermənistana yardım göstəriblər və sonrakı illərdə də müxtəlif dövlətlər yardımlarını davam etdirdilər. İtalyanlar Spitakda bütöv bir yaşayış məhəlləsini, norveçlilər müasir xəstəxana tikdirdilər. Avstriyalılar bir rayon qurdular. Böyük Britaniyalılar Gyumridə məktəb tikiblər, bu məktəbin açılışında Böyük Britaniyanın baş naziri Marqaret Tetçer də iştirak etdi.

Daha çox göstər
Back to top button