BaşlıcaSiyasət

Ermənistanın DQ ərazisində heç bir silahlı birləşməsi yoxdur, DQ-ın Müdafiə Ordusu var: Mirzoyan

Ermənistanın Dağlıq Qarabağ ərazisində heç bir silahlı birləşməsi yoxdur, Dağlıq Qarabağın müdafiə ordusu var ki, onun missiyası Dağlıq Qarabağ ermənilərinin özünümüdafiəsidir, çünki onların etnik təmizləmə təhlükəsi var. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentdə hökumət üzvləri ilə sual-cavab sessiyası zamanı deputat Arman Yeğoyanın sualını cavablandırarkən qeyd edib.

Ceyhun Bayramovun noyabrın 9-da əldə olunmuş razılaşmaların yerinə yetirilməməsi ilə bağlı Ermənistanı ittiham etməsinə gəlincə, XİN başçısı bir daha vurğulayıb ki, Ermənistan tərəfi Ermənistanın Dağlıq Qarabağ ərazisində heç bir silahlı birləşməsinin olmadığını dəfələrlə bəyan edib.

Mirzoyanın sözlərincə, hamı bilir ki, Dağlıq Qarabağın Müdafiə Ordusu var və bu bölmənin, ordunun, missiyası Dağlıq Qarabağ ermənilərinin müdafiəsi, özünümüdafiəsidir.  “Dağlıq Qarabağ ermənilərinə atəş açılmaqda davam edir, onlara müxtəlif təzyiqlər edilir, qazı kəsirlər və s. DQ ermənilərinin etnik təmizlənməsinin ontoloji təhlükələri aradan qalxdıqda, düşünürəm ki, Dağlıq Qarabağ erməniləri başqa müxtəlif mümkün ssenariləri müzakirə edə biləcəklər”, – deyə XİN rəhbəri bildirib.

Ararat Mirzoyan qeyd edib ki, təəssüf ki, noyabrın 9-da imzalanmış razılaşmalar tam yerinə yetirilməyib.

“Əlbəttə, söhbət ilk növbədə erməni hərbi əsirlərin və digər qanunsuz saxlanılan girovların azad edilməsinin gecikdirilməsi, bir çox başqa məsələlərdən gedir. Bölgənin iqtisadi və nəqliyyat infrastrukturuna gəlincə, baş nazir bir az əvvəl qeyd etdi ki, biz dünən işçi qrupu çərçivəsində sözün əsl mənasında görüşdük, işlər davam etdirilir. Əlbəttə, etiraf etməliyik ki, müzakirə olunan məsələlər kifayət qədər mürəkkəbdir, kifayət qədər təbəqələr və alt təbəqələr var, lakin iş gedir və sizi bir daha əmin edə bilərəm ki, erməni tərəfi bütün mövzularda, bütün görüşlərdə maksimum konstruktivlik nümayiş etdirir ”, – deyə nazir qeyd edib.

Daha çox göstər
Back to top button