BaşlıcaSiyasət

Yanaşmalarımızın ümumiliyi qeydə alınan andan dəmir yolunun bərpasına başlamağa hazırıq: Paşinyan

ER Baş naziri Nikol Paşinyan “Parlament-Hökumət”in sual-cavab sessiyası zamanı Moskvada keçirilən Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupunun 11-ci iclasına toxunub.

Onun sözlərincə, Yerasx-Ordubad-Meğri-Horadiz dəmir yolunun yenidən açılması məsələsi müzakirə olunub.

“Konkret nəticəmiz olduğunu deyə bilmərəm. Amma mən bir daha təsdiq etmək istəyirəm ki, ER həmin proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Bizim təklifimiz qüvvədə qalır, Ermənistan dəmir yolunun bərpasına bir gün əvvəl başlamağa hazırdır. Biz öz fikirlərimizi əvvəllər də səsləndirmişik və yanaşmalarımızın ümumiliyi qeydə alınan andan dəmir yolunun bərpasına başlamağa hazırıq”, – deyə Nikol Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, dəmir yolu və avtomobil yolları ER qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir.

Daha çox göstər
Back to top button