BaşlıcaSiyasət

“Sülh gündəminiz saxtadır”: Taguhi Tovmasyan Zahid Oruca cavab verib

“Hərbi cinayətləri ilə tanınan Azərbaycanda Milli Məclisin İnsan hüquqları komitəsi də varmış”.

Bu barədə ER parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və İctimaiyyətlə Əlaqələr üzrə Daimi Komitəsinin sədri Taguhi Tovmasyan öz Facebook səhifəsində yazıb:

“Mətbuatda Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Z. Orucun “Savaşla Şuşini qazandıq, sülhlə Yerevanı qazanacağıq” sözləri yayılıb.

Beynəlxalq həmkarlarımın diqqətinə çatdırıram ki, Azərbaycanın insan hüquqları ilə məşğul olan bu məmuru dövlətlərin beynəlxalq münasibətlərdə rəhbər tutmağa borclu olduğu ayrılmaz, ümumbəşəri insan hüquqlarının müdafiəsi ilə bağlı əsas müddəaları məhəl qoymur” .

Taguhi Tovmasyan qeyd edib ki, Azərbaycanın işğalçılıq siyasəti məntiqinə sadiq qalan Z. Oruc beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının paytaxtını ələ keçirməkdən danışır ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

“Onun qeyd etdiyi sülhə gəlincə, vurğulayıram: Sizin sülhünüz hər gün minaatan və müxtəlif silahlardan atəş etməkdir,

-Ermənistanın mülki əhalisinin, hərbçilərinin öldürülməsi və yaralanması, mülki əhalinin birbaşa hədəfə alınmasıdır,

-erməni hərbi əsirlərinin və mülki şəxslərin girov götürülməsi, əsir düşmüş erməni hərbçilərinin və mülki şəxslərin məhkəməsiz qətlə yetirilməsidir,

-mülki şəxslərə, o cümlədən qadınlara qarşı işgəncə, qəddar və qeyri-insani rəftardır,

-erməni xalqına qarşı etnik nifrət, yeni soyqırımı dövlət siyasətinin həyata keçirilməsidir,

-Artsaxın blokadası və dünya ilə əlaqənin kəsilməsidir,

-uşaqların qida təminatının kəsilməsi, onların yaşamaq hüquqlarının pozulmasıdır,

-yaralıların ehtiyac duyduğu tibbi yardımın qarşısının alınmasıdır,

-beynəlxalq humanitar hüquqa ümumi hörmətsizlikdir…

Bu məmura xatırladıram ki, sizin sülh gündəminiz o qədər saxtadır ki, Beynəlxalq Ədalət Məhkəməsi sizdən “2020-ci ilə qədər əsir düşmüş bütün şəxslərin zorakılıqdan və bədən xəsarətlərindən qorunmasını” və “Azərbaycan rəsmiləri və dövlət qurumları da daxil olmaqla, etnik ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsini” tələb etdi”,-deyə Tovmasyan əlavə etdi:

“Ölkənizdə insan haqlarının biabırçı vəziyyəti haqqında məlumat əldə etmək üçün Freedom House-un 2021-ci, 2022-ci il hesabatlarını bu linkdən (https://freedomhouse.org/country/azerbaijan) oxuya bilərsiniz”.

Daha çox göstər
Back to top button