ArtsaxBaşlıcaSiyasət

44 günlük müharibə zamanı Azərbaycan Martuni şəhəri istiqamətində fosforlu sursatdan istifadə etdo: Arstsax Prokurorluğu

2020-ci ilin sentyabrın 27-də Azərbaycan silahlı qüvvələri tərəfindən Artsax Respublikasına qarşı başlanmış təcavüzkar, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halları ilə müşayət olunan müharibənin şəraitlərinin araşdırılması məqsədilə Arstaxın hüquq-mühafizə orqanları tərəfindən bir sıra cinayət işləri başlanmışdır. Bu barədə Artsax Respublikasının Prokurorluğu bildirdi.

Martuni şəhərinin inzibati ərazisində tapılan partlamamış raket və ondan götürülmüş nümunələr də Artsax Respublikası İstintaq Komitəsinin müstəntiqi tərəfindən ekspertizaya təqdim edilib. Müstəqil ekspert qrupunun apardığı araşdırma nəticəsində (qənaət 07.12.2022-ci il tarixdə alınıb) sübut olunub ki, bu sursat ağ fosfordan ibarət fosforlu sursatdır. Sursatların aşkar edilməsi, zərərsizləşdirilməsi və nümunələrin götürülməsi prosesi mütəxəssislərin iştirakı ilə, videoçəkilişlə aparılıb, tədqiqat predmeti və ekspertiza materialları beynəlxalq ekspertlərin araşdırmasına təqdim oluna bilər.

Belə ki, ekspert araşdırmasının nəticələri ilə təsdiqlənib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələri kütləvi qırğına və çoxlu sayda insan itkisi, iztirab və dağıntılara səbəb olan kimyəvi silahlarla mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini bilavasitə hədəfə alıb.

Azərbaycan bununla Cenevrə Konvensiyasının (Protokol 1) 35-ci maddəsini kobud şəkildə pozdu.

Daha çox göstər
Back to top button