BaşlıcaSiyasət

Aİ Azərbaycan və Ermənistan arasında etibarın yaranması üçün geniş və fəal şəkildə işləyir: Toivo Klaar

“Avropa İttifaqı Ermənistan və Azərbaycanla yaxından işləyir. Biz regionda dayanıqlı sülhə nail olunmasını istəyirik”.

Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda TRT Dünya Forumunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün hazırda imkan yaransa da 30 illik bu münaqişə nəticəsində tərəflər arasında güvən və etibar yox olub və bunun formalaşması üçün zaman lazımdır. Mən düşünürəm ki, Aİ tərəflər arasında bu etibarın yaranması üçün geniş və fəal şəkildə işləyir”.

Daha çox göstər
Back to top button