
Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində sonuncu dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb. Türkiyə lideri bu barədə Samsun şəhərinə səfəri zamanı bildirib.
“Ümid edirəm ki, 2023-cü ildə xalqımızın dəstəyi ilə aldığımız güclə və son dəfə öz adımızla türk əsrinin tikintisinə başlayacağıq”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, o, həmin vaxt estafeti gənclərə ötürəcək.
Ərdoğan çıxışında bildirib ki, hakim “Ədalət və İnkişaf” partiyası Türkiyəni dünya səhnəsində aparıcı oyunçuya çevirib.