ArtsaxBaşlıcaSiyasət

Rusiya Qarabağda sülhməramlı missiyaya yanaşmalarına yenidən baxmayacaq: Silayev

Azərbaycan ən azı bu ilin əvvəlindən tutduğu şəkildə hərəkət edir, yəni Ermənistana və Qarabağa güclü təzyiq göstərməyə çalışır, həm də gösətirir ki, Rusiyanın Qarabağdakı sülhməramlıları onun üçün arzuolunmazdır. Bu barədə “News.am”-a müsahibəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi, politoloq Nikolayan Silayev bildiridi.

O qeyd edib ki, bu, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçirilən bütün sammitlərin yekun bəyannamələrində tərəflərin Rusiya sülhməramlılarının fəaliyyətiə dair məqamların olmasına baxmayaraq baş verir.

“Hesab edirəm ki, burada problem Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının necə inkişaf etməsidir. Hər kəsə aydındır ki, bu əməliyyat Rusiyadan böyük səy və vəsait tələb edir. Beynəlxalq münasibətlərin bəzi iştirakçılarına düşünürlər ki, təzyiq artarsa, nə vaxtsa Rusiya təslim olacaq və həm sülhməramlı missiyaya, həm də regional məsələlərlə bağlı öz yanaşmalarına yenidən baxacaq. Hesab etmirəm ki, belə bir yanaşmaya yenidən baxılacaq, amma eyni zamanda təzyiqin dayanacağını da gözləmirəm”,-deyə o qeyd etdi.

Ekspertin fikrincə, Rusiya ilk növbədə danışıqlar yolu ilə eskalasiya risklərini azaldacaq.

“Belə danışıqlar gedir, çox intensivdir”,- o vurğuladı.

Daha çox göstər
Back to top button