ArtsaxBaşlıca

Artsaxın Parlamenti beynəlxalq ictimayyəti Azərbaycanın təcavüzkar ambisiyalarının qarşısının alması üçün konkret addımlar atamağa çağırır

Artsax Respublikasının Parlamentinin fraksiyaları bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: 

“Artsaxın dinc əhalisinə qarşı fosfor bombalarından istifadə edən azərbaycanlı son günlərdə ətraf mühitin mühafizəsi bəhanəsi ilə Stepanakert-Goris həyat yolunu, 9 (10) noyabr tarixli üçtərəfli razılaşma ilə dəhliz statusu almış avtomobil yolunu ikinci dəfə bağlayıb. 

Biz Azərbaycanın hərbi-siyasi rəhbərliyinin təşkil etdiyi və regionda sabitliyi pozmağa yönəlmiş təxribat xarakterli hərəkətləri qətiyyətlə pisləyirik.

Biz Artsax Respublikasının vətəndaşlarını azərbaycanlıların hər hansı təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün birgə səylərlə təmkinli, ayıq-sayıq olmağa çağırırıq. Yaşamaq uğrunda mübarizə zamanı çoxlu çətinliklərin öhdəsindən gələn xalqımız bu dəfə də indiki və gələcək çətinliklərlə üzləşəcək.

Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın təcavüzkar ambisiyalarının qarşısını almaq üçün konkret addımlar atmağa çağırırıq.

Biz Rusiya sülhməramlılarını üçtərəfli razılaşma çərçivəsində ən sərt tədbirlərlə azərbaycanlıların oxşar anti-insani hərəkətlərinin qarşısını almağa çağırırıq”.

Daha çox göstər
Back to top button