BaşlıcaSiyasət

Dağlıq Qarabağ ərzaq və humanitar böhranın təhlükəsi ilə üz-üzədir: ER XİN-i Laçın dəhlizində baş verən təxribatla bağlı bəyanat yayıb

ER XİN-i Azərbaycanın Laçın dəhlizində törətdiyi təxribatla bağlı açıqlama verib.

Bəyanatda deyilir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarında özlərini ekofəalları kimi təqdim edən bir qrup azərbaycanlı Şuşi şəhəri yaxınlığında çadırlar quraraq Laçın dəhlizində normal və maneəsiz hərəkətə mane olurlar.

Qeyd olunur ki, bu dəhliz Ermənistan, Azərbaycan və Rusiya liderləri tərəfindən 9 noyabr 2020-ci il tarixdə imzalanmış bəyanatla Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin etmək məqsədi ilə yaradılmışdır.

“Laçın dəhlizinin bağlanması ilə bağlı təbliğat hazırlıqlarına aylar əvvəl başlanılıb və bu təxribatın Dağlıq Qarabağı Ermənistan Respublikasından, beləliklə də, xarici aləmdən kəsmək məqsədi ilə Azərbaycanın dövlət orqanları tərəfindən təşkil edildiyi açıq-aydın görünür.

Bu hərəkətlər nəticəsində Dağlıq Qarabağ sakinləri sərbəst hərəkət etmək hüququndan məhrum edilib, Dağlıq Qarabağ ərzaq və humanitar böhranın təhlükəsi ilə üz-üzə qalıb.

Yaradılan vəziyyət 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi ilə birbaşa ziddiyyət təşkil edir. Bu bəndə əsasən,

a) Laçın dəhlizi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

b) Azərbaycan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hərəkətinin təhlükəsizliyinə təminat verir.

Bununla da Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliyi kobud şəkildə pozur.

Azərbaycanın bu davranışı onun Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələsini həll etmək və bu məqsədlə Stepanakertlə dialoqa getmək niyyətinin olmadığını açıq-aydın göstərməklə yanaşı, həm də rəsmi Bakının Dağlıq Qarabağda etnik təmizləmə törətmək siyasətinin davam etdirilməsinə bir daha dəlalət edir.

Laçın dəhlizinin bağlanması Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırımı siyasəti aparması ilə bağlı çoxsaylı təşvişlərin əməli ifadəsidir. Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttində atəşkəs rejimini vaxtaşırı pozması və təxribatları Dağlıq Qarabağdakı ermənilərin ontoloji təhlükəsini daha da göstərir”.

Bəyanatda həmçinin bildirilir: “Biz bütün beynəlxalq ictimaiyyətin, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun həmsədrinin və üzv dövlətlərin təcili diqqətini Azərbaycanın hərəkətlərinin genişmiqyaslı humanitar fəlakətə gətirib çıxara biləcəyinə çağırırıq. Biz Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizmlərin işə salınmasının və ya yenidən işə salınmasının zəruriliyini vurğulayırıq və bu məqsədlə yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla məsləhətləşmələrə başlayacağıq”.

Daha çox göstər
Back to top button