BaşlıcaSiyasət

Türkiyə, Ermənistan və Azərbaycanın bir-birinə ehtiyacı var: Baş nazir

ER Baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib: “Bu yaxınlarda Türkiyədə səsləndirilən bir bəyanatla razılaşdığımı bildirmək istəyirəm. İdeya ondan ibarət idi ki, bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycanın öz təhlükəsizliyinin, suverenliyinin və müstəqilliyinin təmin edilməsi baxımından bir-birinə ehtiyacı var və bu, çox mühüm bir formuladır”.

Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq fikri var: “Bu fikir yeni deyil, olduqca köhnədir, mən həmişə dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrət nitqinin kökünün kəsilməsi istiqamətində istifadə olunsun. Ölkələrin liderləri nifrət nitqini istisna etmək üçün bir-biri ilə əməkdaşlığa razı olduqlarını bildirməlidirlər”.

Daha çox göstər
Back to top button