BaşlıcaSiyasət

Aİ yeni missiyanın yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistana ekspertlər qrupunu göndərəcək

Avropa İttifaqı yeni mülki missiyanın yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün yaxın həftələrdə Ermənistana ekspertlər qrupunu göndərəcək.

Bu barədə “Azatutyun” Avropa İttifaqının xarici işlər nazirinin sözçüsüna istinadən xəbər verir. Sonuncu konkret tarixləri qeyd etməyib.

“Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə daimi təmasdadır. Hazırda İttifaq və üzv dövlətlər yerlərdə fəaliyyət göstərməklə davamlı sülhə necə töhfə verə biləcəklərini müzakirə etmək üçün yerli tərəfdaşlarla məsləhətləşmələr aparır. Bu məqsədlə Avropa İttifaqı etimadın yaradılmasına töhfə vermək üçün yeni missiyanın yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün yaxın həftələrdə Ermənistana ekspertlər qrupunu göndərəcək”, – deyə Peter Stano cavabında bildirib.

Daha çox göstər
Back to top button