ArtsaxBaşlıcaSiyasət

Artsaxda heç kim çətinliklərə boyun əymək niyyətində deyil: Artsaxın dövlət naziri

Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan bu gün respublika icra hakimiyyəti orqanlarının rəhbərliyi, Stepanakert merinin və inzibati rayonların rəhbərlərinin iştirakı ilə geniş tərkibdə iclas çağırıb.

Ruben Vardanyan qeyd etdi ki,vəziyyət kifayət qədər mürəkkəbdir, lakin eyni zamanda, mövcud problemlərin mütəşəkkil və əlaqələndirilmiş iş yolu ilə həll olunacağına əminliyini ifadə etdi.

“Yaranmış çətin vəziyyət bizdən birləşməyi tələb edir, yeganə yol birlikdir. Bu böhrandan ancaq çiyin-çiyinə dayanmaqla çıxmaq olar”, – Ruben Vardanyan bildirib.

Dövlət naziri vurğuladı ki, mövcud çətin çağırışlara baxmayaraq, panikaya düşməməliyik, hər kəs öz yerində öz işi ilə məşğul olmalıdır.

O qeyd etdi ki, Artsaxda humanitar böhranın böyük təhlükəsi olsa da, heç kim çətinliklərə boyun əymək niyyətində deyil.

Daha çox göstər
Back to top button