ArtsaxBaşlıcaSiyasət

“Axı Azərbaycanlı harda, ətraf mühitin mühafizəsi harda?”: Tina Kandelaki

Məşhur teleaparıcı, “Qazprom-media holdinq”in baş direktorunun müavini Tina Kandelaki öz Telegram kanalında Azərbaycanın hakimiyyət orqanları tərəfindən Artsaxı Ermənistanla birləşdirən yeganə yolun bağlanmasına toxunub.

“Şər həmişə qoyun maskası altında gizlənir. Son illərdə bu maskadan özlərini ekoloq və insan haqları mübarizləri adlandıran bir çox təşkilatlar, insanlar və fondlar istifadə edir. Bunlar bunun üçün müxtəlif səbəblər uyduraraq insanlara, şəhərlərə və bütöv dövlətlərə hücum edirlər.

Bu yaxınlarda Azərbaycan “ekoloqları” Artsax yolunu bağlamağa göndərməklə pis nümunə götürdü. Axı azərbaycanlı harda, ətraf mühitin mühafizəsi hadra? Azərbaycanlıların özləri də ölkənin hər yerində zibilxanalar və Xəzər dənizinin çirklənməsini yaxşı bilirlər.

“Ekoloji fəalların” hər hücumunun arxasında real qurbanlar, itkilər, qalmaqallar dayanır. Artsax məsələsində qurbanlar ən adi və sadə insanlardır, respublikanın sakinləridir, yol bağlı olarkən Artsax xəstəxanalarında ölən qohumlarıdır, məktəblilər, Milad bayramında qohumlarını görməyəcək ən adi baba və nənələrdir”,- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button