
ER Parlamentinin sədri Alen Simonyan Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı missiyasına toxunub.
“Hazırda bizi qane edib-etməməyimizdən asılı olmayaraq, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələri lazımdır və onların fəaliyyət müddəti uzadılmalıdır. Bəlkə təkcə Rusiya sülhməramlılarını deyil, digər beynəlxalq formatları da nəzərdən keçirməliyik”, – deyə Simonyan Parlamentdə qeyd edib.