ArtsaxBaşlıcaSiyasət

Laçın dəhlizinin bağlanması Azərbaycan hakimiyyətinin, şəxsən prezidentin göstərişi ilə həyata keçirilir: Ombudsman

Beynəlxalq insan haqları qanunu aydın şəkildə təsbit edir ki, həyat təminatı üçün zəruri olan şərtlər bir saniyə belə pozulmamalıdır, lakin biz görürük ki, Artsaxda yaşayan bir insanın ən elementar hüququ iki gündən çoxdur ki, pozulur. Bunu Artsaxın Ombudsmanı Geğam Stepanyan qeyd etdi.

O vurğuladı ki, iki gündən çoxdur ki, Artsaxın bütün ərazisində ərzaq, enerji daşıyıcıları (benzin və dizel), dərman və digər zəruri əşyaların tədarükü dayandırılıb.

“Bütün bunlar Azərbaycan hakimiyyətinin, şəxsən Azərbaycan prezidentinin göstərişi ilə həyata keçirilir. Ekoloji problemlər və sairə ilə bağlı irəliyə sürüləb tezislər tamamilə yalandır. Məlumat var ki, həmin yolu bağlayanlar əsasən Azərbaycan hakimiyyətinin, o cümlədən xüsusi xidmət orqanlarının nümayəndələridir.

Geğam Stepanyan qeyd etdi ki, bir daha beynəlxalq aktorların, beynəlxalq insan haqları və hökumətlərarası təşkilatların diqqətini çox vacib bir vəziyyətə yönəltmək lazımdır – indiyədək Artsaxda 120 min insan faktiki olaraq mühasirədədir.

Daha çox göstər
Back to top button