BaşlıcaSiyasət

Dağlıq Qarabağa giriş məhdudlaşdırılıb və bu, ABŞ-in bəzi yardım proqramlarına təsir edir: ABŞ dövlət katibinin müavini

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-in Dağlıq Qarabağ siyasətinə toxunub.

Donfrid bu barədə ABŞ-in Qafqaz siyasəti ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində danışıb.

ABŞ konqresmen Syuzan Uayld bildirib ki, onun Pensilvaniyadakı erməni seçiciləri Artsax ermənilərinin taleyindən narahatdırlar və Dağlıq Qarabağ üçün ABŞ-dən planlaşdırılan yardımın həcmi və verilib-verilməməsi barədə aydınlıq gətirilməsini xahiş ediblər.

“Dağlıq Qarabağa giriş məhdudlaşdırılıb və bu, ABŞ-in bəzi yardım proqramlarını həyata keçirmək imkanlarına təsir edir. Bu məhdudiyyətlərə baxmayaraq, ABŞ çoxu münaqişədən zərər çəkən və Ermənistana sığınanlara kömək etməyə çalışıb. Beləliklə, 21 milyon dollarlıq humanitar yardımımızın böyük hissəsi bu səylərə yönəlib”,-Donfrid qeyd etdi.

Daha çox göstər
Back to top button