ArtsaxBaşlıcaSiyasət

Davit Babayan bir sıra beynəlxalq təşkilatlara və xarici ölkələrin Ermənistandakı səfirliklərinə məktublar göndərib

Artsax Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Davit Babayan BMT-nin baş katibi Antonio Quterreşə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Polşanın xarici işlər naziri Zbiqnev Rauya, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorinə, AŞ ofisinin rəhbəri Martina Şmidtə, BMT-nin Ermənistan Respublikasındakı daimi əlaqələndiricisi vəzifəsini icra edən Kristine Veyqandə, Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının, Fransa Respublikasının, İran İslam Respublikasının, Almaniya Federativ Respublikasının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Çin Xalq Respublikasının, Yunanıstan Respublikasının, Misir Ərəb Respublikasının, Efiopiya Federativ Demokratik Respublikasının Ermənistandakı səfirlərinə və bir sıra digər beynəlxalq təşkilatlara məktublar göndərib.

Məktublarla Azərbaycanın Artsaxı xarici dünya ilə birləşdirən yeganə yolu bağlaması və Ermənistandan Artsaxa təbii qazın təchizatının dayandırması ilə bağlı Artsaxdakı vəziyyəti təqdim olunub.

Azərbaycanın siyasəti və hərəkətləri beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və Ermənistan, Azərbaycan və Rusiya arasında 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyannamənin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Azərbaycanın təcavüzünü, hərəkətlərini pisləmək, Artsaxın blokadasına son qoymaq üçün bütün lazımi tədbiri görməyə çağırılıb.

Daha çox göstər
Back to top button