ArtsaxBaşlıcaSiyasət

Gürcüstanda Arstax blokadasına qarşı etiraz aksiyası keçirilib

“Aliq.ge” bildirdi ki, Tbilisidə erməni icması nümayəndələrinin Artsax xalqını dəstəkləyən dinc etiraz aksiyası keçiriblər.

“Bu gün, bütün dünyanın gözünün futbol çempionatına yönəldiyi bi zaman Artsaxda yaşayan 120 minə yaxın mülki şəxs Azərbvaycan tərəfindən mühasirə altındadır, çünki sözdə “azərbaycanlı ekoloqlare” Artsaxı Ermənistana birləşdirən Berdzor (Laçın) dəhlizi bağlayıblar”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda deyilir ki, “aydındır ki, Əliyevin icazəsi olmadan Azərbaycanda heç bir quş belə uçmur. Aydındır ki, Türkiyənin də dəstəklədiyi Əliyevin tapşırığını özlərini “ekoloqlar” adlandıran şəxslər icra edirlər. Onların şüarları, davranışları, jestləri dünyanın bir sıra aparıcı ölkələrində terrorçu kimi tanınan “Boz Qurdlar” ekstremist qrupunun mövcudluğunu açıq şəkildə nümayiş etdirir”.

Gürcüstandakı ermənilər qeyd edirlər ki, Azərbaycan bu yaramaz vasitələrlə Artsax ermənilərinə psixoloji təzyiq göstərməyə çalışır.

“Onlar 30 il ərzində buna nail ola bilməyiblər və biz əminik ki, onlar bu gün də bacarmayacaqlar, çünki Artsax erməniləri daha ağır günlər keçib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Əliyev rejimi bütün sivil bəşəriyyət tərəfindən cəzasız qalmaqda davam edir”.

Aksiya iştirakçıları Gürcüstan hökuməti Azərbaycanın baş nazirinin rəsmi səfərindən istifadə edərək, vəziyyəti real qiymətləndirməyə, Azərbaycanın 120 min günahsız insana qarşı yönəlmiş təcavüzünü qəti və konkret olaraq pisləməyə çağırıb.

Daha çox göstər
Back to top button