BaşlıcaSiyasət

Qərbə və Rusiyaya arxalanmağa ehtiyac yoxdur: Tarixçi erməniləri öz güclərinə inanmağa çağırır

Mənim dünya ictimaiyyətinə ümidim yoxdur. Fərq ondadır ki, əvvəllər hər iki tərəfi təmkinli olmağa çağırırdılarsa, indi bu çağırışlar daha məqsədyönlü xarakter alıb. Bunu NEWS.am-a müsahibəsində Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyan deyib.

Tarixçi qeyd edib ki, onun Qərbdən və Ermənistanın müttəfiqi Rusiyadan heç bir gözləntisi yoxdur. O, soydaşlarını 20-ci əsrin əvvəllərində olduğu kimi yalnız öz gücünə arxalanmağa çağırıb.

“Mən əminəm ki, Azərbaycan indiki vəziyyətdə hərbi üstünlüyə malik olduğuna inanır. Hər gün öz həyasız davranışını davam etdirir. Hər gün onun iştahı daha da artır. Hesab edirəm ki, bu gərginlik nəticəsində düşmənin çənəsinə vurmalıyıq. Mən buna əminəm. İnsanlar 2020-ci ilin noyabrında mübarizəni davam etdirə bilmədiyimiz barədə fikirdən qurtulmalıdırlar”, – deyə Melkonyan bildirib.

Daha çox göstər
Back to top button