
Dekabrın 18-də Roma Papası Fransisk Müqəddəs Pyotr kilsəsinin meydanına toplaşan minlərlə insanın iştirakı ilə Azərbaycan tərəfindən Artsaxı Ermənistanla birləşdirən yolunun bağlanması nəticəsində yaranmış vəziyyətdən öz narahatlığını bildirdi.
O qeyd etdi ki, Cənubi Qafqazda Laçin dəhlizindəki vəziyyətdən narahatdır.
“Əhalinin çətin humanitar vəziyyəti məni xüsusilə narahat edir və bu, qış hava şəraitində daha da pisləşmək təhlükəsi yaradır. Bütün iştirak edənlərdən xahişim budur ki, insanların xeyrinə sülh yolu ilə həll yollarını tapmağa çalışsınlar”,- deyə o qeyd etdi.
“Vaticannews” Roma Papasının bu narahatlıqlarına toxunaraq bildirdi ki, təxminən 120 min insan, o cümlədən 30 mini uşaq mühasirə altındadır və qida, dərman və digər həyati ehtiyaclardan məhrum olub. Roma Papası bütün tərəfləri insanların xeyrinə həll yolu tapmağa çağırıb.