ArtsaxBaşlıca

Artsaxda 13 uşaq reanimasiya və neonatal palatalardadır: 4 aylıq körpənin vəziyyəti ağır olaraq qalır

Artsax Respublikasının “Arevik” tibb birliyində 13 uşaq reanimasiya və neonatal palatadadır. “Visseral leyşmanioz” diaqnozu qoyulan 4 aylıq körpənin səhhətinin vəziyyəti ağır olaraq qalır.

“Armenpress”in məlumatına görə, Artsax Səhiyyə Nazirliyi bu barədə məlumat verir və qeyd edir ki, yerli həkimlər ER mütəxəssisləri ilə onlayn məsləhətləşərək lazımi tibbi yardım göstərirlər.

“Respublika Tibb Mərkəzi”ndə 9 xəstə reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti son dərəcə ağırdır, həkimlər xəstələrin vəziyyətinin stabilləşməsi üçün əlindən gələni edir.

Artsax Səhiyyə Nazirliyi blokada ilə əlaqədar yaranmış vəziyyəti lazımi qaydada aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görür.

Daha çox göstər
Back to top button