
Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün Twitter mikrobloqunda Azərbaycanın Laçın dəhlizində yüklərin hərəkətinə mane olmasına toxunub.
“Azərbaycanın “ekoloqları” humanitar yükü yoxlamaq hüququnu özündə saxlayıb, yüklərin Laçın dəhlizindən keçməsinə maneçilik törədirlər. Onlar, demək, Laçın dəhlizində qanunsuz olaraq özlərini gömrük əməkdaşı vəzifəsinə təyin ediblər. Bu cəfəngiyyata son qoyulmalıdır”, – Marukyan yazıb.