
Dekabrın 19-da Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini, general-mayor Edvard Asryan Çin Xalq Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fan Yunu qəbul edib.
Görüşdə Çin səfirliyinin müdafiə məsələləri üzrə attaşesi baş polkovnik An Tsian da iştirak edib. Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən müdafiə sahəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.
Həmsöhbətlər sülhməramlı, hərbi təhsil və tibb sahələrində əməkdaşlığı davam etdirməyə, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilinə hazır olduqlarını bildiriblər.