
2022-ci ildə Gürcüstan və Rusiyanın ticarət dövriyyəsi 11 ay ərzində 2,2 milyard dolları ötüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 49% çoxdur. “Radar.am” saytına əsasən, bunu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatları sübut edir.
Rusiya Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında ikinci yerdədir.
Cari ilin yanvar-noyabr aylarında ikitərəfli ticarətin həcmi 2,5 milyard dolları ötməklə, 2021-ci ilin göstəricisindən 34,4% çox olan Türkiyə Gürcüstanın ticarət tərəfdaşları arasında birinci yeri tutub. Üçüncü yerdə ticarət dövriyyəsi 1,6 milyard dolları ötmüş Çindir.