
KTMT-nin baş katibi Stanislav Zas KTMT-nin niyə Ermənistana qoşun yeritməməsi və Ermənistanın suveren ərazisinin işğaldan azad edilməsinə kömək etməməsi ilə bağlı açıqlama verib. O, KTMT-nin Ermənistana qoşun yeridəcəyi təqdirdə nə baş verəcəyini düşünməyi təklif edib.
Bu barədə KTMT-nin baş katibi mətbuat konfransında bildirib.
“Mən özüm monitorinq missiyasında işləmişəm, Ermənistanda ona rəhbərlik etmişəm. Bəzən yüksək rütbəli məmurlar da oxşar qiymətlər verirdilər: niyə qoşunlar gəlmirdi, ərazilərin işğaldan azad edilməsinə köməklik etmirdilər və s. Bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına qədər bu cür addımların nəticələrini anlamaq lazımdır”, – KTMT-nin baş katibi Stanislav Zas bildirib.
Onun sözlərinə görə, təklif olunan həll yolları adekvat və balanslaşdırılmışdır. O, KTMT-nin Ermənistandan üz döndərməyə çalışması ilə bağlı iddialarla da razılaşmadığını bildirib.