
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas qeyd edib ki, KTMT-nin Ermənistandan getmək və ya Ermənistanın problemlərinə arxa çevirmək niyyəti yoxdur.
“Bu il keçirdiyimiz tədbirlər də buna sübutdur. Dövlət başçıları Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti üç dəfə müzakirə ediblər, KTMT-nin müvafiq missiyası sərhədə göndərilib, müvafiq qərar hazırlanıb və Ermənistan Respublikasına yardım göstərilməsi üçün razılaşdırılmış tədbirlər paketi təklif olunub. Բu vəziyyətdə KTMT tərəfindən bütün lazımi addımlar atıldı”,- Zas qeyd etdi.
KTMT-nin baş katibinin sözlərinə görə, dövlət başçılarına təklif olunan həll yolları, o cümlədən monitorinq missiyasının nəticələri çox adekvat və balanslı idi.
“Ona görə də, KTMT-nin Ermənistanın problemlərinə arxa çevirməyə çalışması ilə razılaşmıram”.