
KTMT katibi Stanislav Zas KTMT-nin illik fəaliyyətini yekunlaşdıraraq, Ermənistan-Azərbaycan sərhədində apardığı monitorinqin nəticələrinə, Yerevanda keçirilən forumuna toxunub. O qeyd etdi ki, KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının nəticələrinə əsasən Ermənistana kömək üçün qərarlar paketinin hazırlanması barədə qərar qəbul edilib.
Bu, KTMT-nin Yerevanda keçirilən sessiyasında müzakirə olunub.
“Ümid edirəm ki, müvafiq əlavələrdən sonra iki mühüm sənədlə bağlı paket qərar qəbul edəcəyik”.