Artsaxda keçirilən operativ qərargahın iclasında Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan qeyd etdi ki, Artsax artıq on gündür blokadadır. Dövlət naziri bütün mümkün ssenarilərə hazır olmağın vacibliyini də vurğulayıb.
Ruben Vardanyan ortaya çıxan yeni problemlərə operativ reaksiya verilməsinin, onların həlli yollarının operativ müzakirə edilməsinin vacibliyini vurğulayıb.
İclas iştirakçıları ərzaq məhsulları, dərman, benzin və dizel yanacağı bazarlarındakı vəziyyət barədə məlumat veriblər.
Məlumat verilib ki, respublikada un ehtiyatı yetərincə var, çörək istehsalı ilə bağlı heç bir problem yoxdur.