Başlıcaİctimaiyyət

Avropa İttifaqı Ermənistanda missiyasının mümkün qədər uzun müddətə yerləşdirilməsi üçün zəmin hazırlayır

Avropa İttifaqı regionda davamlı sülhü təşviq etmək məqsədilə Ermənistanda mümkün uzunmüddətli missiyaya yol açmaq üçün keçid komandası ilə Cənubi Qafqazda yeni fəaliyyət mərhələsinə başlayır. Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirdi.

O qeyd edib ki, dekabrın 19-da Aİ-nin Ermənistanda oktyabr ayında fəaliyyətə başlamış monitorinq qrupunun mandatı sona çatıb. Borelin sözlərinə görə, 40 nəfər monitorinq ekspertinin yerləşdirilməsi səmərəli olub və qeyri-sabit vəziyyətdə inamın formalaşmasına kömək edib.

Bildirilib ki, Avropa Şurası Ermənistan hakimiyyəti ilə razılaşaraq, Aİ-nin Gürcüstandakı mövcud monitorinq missiyasının Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərmək barədə qərar qəbul edib. Məqsəd Aİ-nin təhlükəsizlik vəziyyəti haqqında məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılmasına və hazırlanmasına töhfə verməkdən ibarətdir.

Daha çox göstər
Back to top button